HOSTİNG XİDMƏTİ

ƏTRAFLI MƏLUMAT ÜÇÜN AŞAĞI DÜŞÜN

hosting xidməti

HOSTİNG XİDMƏTİ

Hosting nədir? Veb-sayt yaradanlar saytı internetdə yerləşdirmək və istifadəçilərə tanıtmaq istəyirlər. Bunun üçün saytı xüsusi olaraq hazırlanmış, internet şəbəkəsinə çox surətli bağlantısı olan, minlərlə istifadəçiyə eyni vaxtda xidmət verə bilən bir serverdə yerləşdirmək lazımdır. Sayta aid səhifələri, şəkilləri, sənədləri internet istifadəçilərinə təqdim edən kompyuterlərə Veb Server, bu serverin yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hosting deyilir. İnternet şəbəkəsindəki verilənlərin yerləşdirilməsini, saxlanılmasını hosting xidməti həyata keçirir. Veb hosting saytın internetdə yerləşdirilməsi, saxlanılması, istifadəçilərin saytı görməsini təmin edir. Bu xidməti göstərən qurum Hosting Provayder adlanır. Sizə alman istehsalı olan və Almaniyada yerləşən serverimizdən hostinglər təklif edirik. Serverimiz SSL sertifikatlara sahib olduğundan saytınız tam təhlükəsiz şəraitdə fəaliyyət göstərəcəkdir. Hostinglərimiz Linux əməliyyat sistemidir. Sifarişçilərə hosting üçün 3 gün sınaq müddəti verilir. Hazırladığınız veb saytları saxlamaq üçün bir yaddaşa ehtiyacımız var. Veb saytların işləməsi üçün sazlanan serverlərdə sizin üçün ayrılan yerə hosting deyilir. Hosting xidməti komputerlərdən daha güclü olan server dediyimiz texnologiyalar üzərində qurulur. Server hər zaman açığ qalır və günün istənilən saatında işlək olması məcburiyyətindədir. Əgər siz Frankod.com ünvanına daxil olduqda bizim veb sayt qarşınıza çıxırsa, bu o deməkdirki sizin kopmuter bizim serverə qoşulmuş, bizim veb saytda olan faylları sizin ekrana daşıyır. Bax elə buna görə də, serverlərin daima açığ və internetə qoşulu olması lazımdır. Serverlər datacenter dediyimiz xüsusi otaqlarda saxlanılır. Bu otaqlarda daima bir sistem mühəndisi, generator, internet olması lazımdır. Bütün bu sadaladıqlarımız bir araya gəldikdə server və hosting xidməti ortaya çıxır. Bunlardan əlavə olaraq, maillərdə hosting üzərində saxlanılır.Hosting xidməti domenin dns`dən hostingə yönləndirilməsi nəticəsində işə düşür. Həm veb saytlar, həmdə maillər hostingdən İP Protokolu ilə sizin komputerinizlə əlaqə qurmaqdadır.

Hosting xidmətimizə 20 əməkdaşımız 100 səsdən 98 səs verib.

BİZİMLƏ ƏLAQƏ

İstənilən təklifinizi, şikayətinizi də qeyd edib göndərə bilərsiniz.

Telefon: +994 707220414

Ünvan: Bakı şəhəri, Xətai rayonu,
Gəncə prospekti 75