Frankod Web Development Logo
Frankod Web Development Logo Frankod Web Development Logo

Hosting xidməti

Hosting nədir? Nə üçün lazımdır? Hostinglərin bir-birindən fərqləri
2017-04-15 11:44:33

Hosting nədir?
Veb-sayt yaradanlar saytı internetdə yerləşdirmək və istifadəçilərə tanıtmaq istəyirlər. Bunun üçün saytı xüsusi olaraq hazırlanmış, internet şəbəkəsinə çox surətli bağlantısı olan, minlərlə istifadəçiyə eyni vaxtda xidmət verə bilən bir serverdə yerləşdirmək lazımdır. 
Sayta aid səhifələri, şəkilləri, sənədləri internet istifadəçilərinə təqdim edən kompyuterlərə Web Server, bu serverin yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hosting deyilir. 
İnternet şəbəkəsindəki verilənlərin yerləşdirilməsini, saxlanılmasını hosting xidməti həyata keçirir. Web hosting saytın internetdə yerləşdirilməsi, saxlanılması, istifadəçilərin saytı görməsini təmin edir. Bu xidməti göstərən qurum Hosting Provayder adlanır. 
Sizə alman istehsalı olan və Almaniyada yerləşən serverimizdən hostinglər təklif edirik. Serverimiz SSL sertifikatlara sahib olduğundan saytınız tam təhlükəsiz şəraitdə fəaliyyət göstərəcəkdir. Hostinglərimiz Linux əməliyyat sistemidir. Sifarişçilərə hosting üçün 3 gün sınaq müddəti verilir.