Frankod Web Development Logo
Frankod Web Development Logo Frankod Web Development Logo

Hosting nədir ?

Hosting nədir? Nə işə yarayır?
2017-04-20 19:49:22

Hazırladığınız veb saytları saxlamaq üçün bir yaddaşa ehtiyacımız var. Veb saytların işləməsi üçün sazlanan serverlərdə sizin üçün ayrılan yerə hosting deyilir. Hosting xidməti komputerlərdən daha güclü olan server dediyimiz texnologiyalar üzərində qurulur. Server hər zaman açığ qalır və günün istənilən saatında işlək olması məcburiyyətindədir. Əgər siz Frankod.com ünvanına daxil olduqda bizim veb sayt qarşınıza çıxırsa, bu o deməkdirki sizin kopmuter bizim serverə qoşulmuş, bizim veb saytda olan faylları sizin ekrana daşıyır. Bax elə buna görə də, serverlərin daima açığ və internetə qoşulu olması lazımdır. Serverlər datacenter dediyimiz xüsusi otaqlarda saxlanılır. Bu otaqlarda daima bir sistem mühəndisi, generator, internet olması lazımdır. Bütün bu sadaladıqlarımız bir araya gəldikdə server və hosting xidməti ortaya çıxır.

Bunlardan əlavə olaraq, maillərdə hosting üzərində saxlanılır.

Hosting xidməti domenin dns`dən hostingə yönləndirilməsi nəticəsində işə düşür. Həm veb saytlar, həmdə maillər hostingdən İP Protokolu ilə sizin komputerinizlə əlaqə qurmaqdadır.